Filippinin paytaxtı Manilanın cənubunda yerləşən Taal vulkanında aktivlik səbəbindən 1200-ə yaxın insan təxliyə edilib.
AzadMedia.az "TRT"yə istinadla xəbər verir ki, mütəmadi olaraq aktivləşən vulkanın bu dəfə 1,5 kilometr hündürlüyə qədər kül və tüstü səpdiyi bildirilir.
Səlahiyyətlilər vulkanın aktivləşməsindən sonra 5 mərhələli xəbərdarlıq sistemində həyəcan səviyyəsini 3-ə qaldırıb.
Təxliyə edilən şəxslərin sayının 8 minə qədər yüksələcəyi bildirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.