AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı gəncləri Dövlət Rəmzləri Muzeyinə ekskursiya ediblər

  • + A
  • - A
  • 31-03-2022, 09:31

    Masallı gəncləri Dövlət Rəmzləri Muzeyinə ekskursiya ediblər
    Masallı gənclərinin Dövlət Rəmzləri Muzeyinə ekskursiyası təşkil olunub.

    Azadmedia.az-ın cənub bürosu xəbər verir ki, 30 mart 2022-ci il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə gənclərdə dövlət rəmzlərinə hörmət hissinin gücləndirilməsi məqsədi ilə “Gənclərin vətənpərvərlik ruhunun formalaşmasında dövlət rəmzlərinin rolu” mövzusunda bir qrub gənc Masallı Dövlət Rəmzləri Muzeyinə ekskursiya ediblər.

    Belə ki, Ekskursiya çərçivəsində gənclərə muzey haqqında ətraflı məlumat verilib.. Bildirilib ki, Muzeyin eksponatları arasında XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar, Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid sənədlər, keçmiş Azərbaycan SSR-in və müstəqil Azərbaycan Respublikasının konstitusiyaları, gerblər, bayraqlar, həmçinin müxtəlif illərə aid poçt markaları, orden və medallar da var.

    Qeyd edək ki, Gənclər həmçinin Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin andiçmə mərasimlərindən olan fotoları ilə də tanış olublar.

    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR