Xəbər verdiyimiz kimi, ötən gün saat 12 radələrində Naxçıvan Muxtar Respublikasının Babək rayon Nehrəm qəsəbəsi 3 saylı tam orta məktəbində aparılan yenidənqurma işləri ilə əlaqədar binanın bir hissəsinin uçması nəticəsində 4 nəfər həlak olub, 1 nəfər xəsarət alıb.
Hadisə zamanı həlak olanlar 1961-ci il təvəllüdlü İbrahim Məhərrəmov, 1972-ci il təvəllüdlü Həsən Əliyev, 1988-ci il təvəllüdlü Asəf Rüstəmov və 2000-ci il təvəllüdlü Qadir Süleymanovdur. Uçqun zamanı yaralanan 1996-cı il təvəllüdlü Alı Əliyevin müalicəsi hazırda xəstəxanada davam etdirilir.
Hadisə zamanı həlak olan şəxslərin fotolarını təqdim edirik:
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.