AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı

  • + A
  • - A
  • 4-04-2022, 17:20

    Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı


    Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 6 yeni yoluxma faktı qeydə alınıb, 17 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

    Azərbaycanda indiyədək ümumilikdə 792 067 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 782 040 nəfər müalicə olunaraq sağalıb, 9 698 nəfər vəfat edib, aktiv xəstə sayı 329 nəfərdir.

    Ölkədə son sutka ərzində 2 106, hazırkı dövrədək isə 6 716 463 test aparılıb.

    Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 3 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 0, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2, üç və daha çox doza vaksin vurduranların sayı 1, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 0 nəfərdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR