Rusiyada azərbaycanlı zavod direktoru vəfat edib.
Bu barədə yazıçı-publisist Əkbər Qoşalı bildirib.
Onun sözlərinə görə, Rusiyanın irimiqyaslı istehsalat müəssisələrindən olan Lipetsk Sement Zavodunun baş direktoru, əslən Şəkidən olan soydaşımız Elvin Məmmədov 37 yaşında ürəktutmasından dünyasını dəyişib.
Ə.Qoşalı qeyd edib ki, E.Məmmədov Rusiyada yaşayan məşhur azərbaycanlılardan biri, tanınmış xeyriyyəçi Əliş Məmmədovun oğludur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.