AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Valideynlər uşağı susdurmaq üçün telefon verirlər"

  • + A
  • - A
  • 6-04-2022, 16:37

    "Valideynlər uşağı susdurmaq üçün telefon verirlər"


    Uşaqlarda telefon, planşet asılılığı aktual problemdir.

    Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti pediatr Əkbər Quliyev deyib.

    Ə.Quliyev bildirib ki, bu problemlərə səbəb valideynlərdir:

    “Bir yaşına qədər uşağın valideynə ehtiyacı olur. Uşaqlar artıq özləri nəyisə açıb-bağlaya bildikdə, sual verməyə başlayırlar. Valideyn və ətrafdakılar da uşağı susdurmaq üçün telefon verirlər və uşaq susur. Bu cür hallarda uşaqlarda sosiallaşmada, yuxu rejimində problem yaranır. Valideynlərdən xahiş və tələb edirik ki, uşaqlarla təması çoxaltsınlar və sualları telefonla susdurmasınlar”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR