Rusiya qoşunlarının Ukraynanın şərqinə yerləşdirilməsi, Donetsk və Luqansk vilayətlərinə nəzarəti ələ keçirmək cəhdindən sonra Kiyevə qarşı ikinci hücum gözlənilir.
Bunu Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları Komandanlığının Baş Qərargah rəisinin müavini Aleksandr Qruzeviç deyib.
"Vəziyyət gərgin olaraq qalır. Düşmən istiqamətini dəyişib və yaxın gələcəkdə Donetsk və Luqansk vilayətlərini nəzarətə götürməyə çalışacaq, bundan sonra paytaxta ikinci hücum gözlənilir", - Qruzeviç bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.