AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

4 İL – Zəfər tariximizin Nida işarəsi!

  • + A
  • - A
  • 11-04-2022, 11:01

    4 İL – Zəfər tariximizin Nida işarəsi!


    11 aprel 2018-ci ildə Müasir dünyamızın ən parlaq siyasi liderlərindən olan Prezident İlham Əliyevin xalqımızın yekdil səsi ilə növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsindən dörd il ötür. Azərbaycan xalqı İlham Əliyevin şəxsində sülhə, sabitliyə, inkişafa, tərəqqiyə, təhlükəsiz həyata, cəmiyyətimizin parlaq gələcəyinə səs verdi.

    Bu seçki, bu parlaq qələbə yeni bir qələbənin, müasir tariximizdəki ən böyük nailiyyətə yetirən böyük bir yolun başlanğıcı idi. Xalqımız Prezident İlham Əliyevə göstərilən mütləq etimadın illərdən bəri torpaqlarımızın azadlığı uğrunda aparılan fədakar mücadilənin son mərhələsini də tamamlamağa şərait yaradacağına, bizi tarixi zəfərimizə qovuşduracağına bütün qəlbi ilə inandı və öz inamında bu dəfə də yanılmadı.
    Dünyanı bürüyən qlobal pandemiya ilə mübarizə fonunda 44 günlük Vətən müharibəsində şanlı zəfər qazanıldı. Sentyabrın 27-də rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan Ilham Əliyevin rəhbərliyi altında 30 ilə yaxın müddət ərzində Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanılan torpaqların azad olunması uğrunda döyüşlərə başlayır və 44 gün davam edən döyüşlər zamanı 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan tamamilə azad edir.
    Qələbəmizin rəmzi olan Qarabağ Azərbaycandır deyib xalqımız öz Lideri İlham Heydər oğlu Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək azadlıq hərəkatına qalxdı və hər bir çətinlıyə sinə gələrək bütün cəbhələrdə Qələbə qazandı. Bu gün Azərbaycanın XXI əsrin müharibəsini qələbə ilə başa vurması bir çox ölkələri bizim təcrübəmizdən yararlanmağa vadar edir. Cənab Prezident Azərbaycana 100 illiyin ən böyük Qələbə sevincini yaşatdı. Bütün cəbhələrdə gedən döyüşlərə şəxsən rəhbərlik edən Ali Baş Komandan İlham Əliyev xalqımızın milli maraqlarını qətiyyətlə müdafiə edərək tarixi qələbəyə imza atdı.
    “Ancaq iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilərlər”. Bu konsept Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qlobal dünyamızın reallıqlarına baxışında xüsusi yer tutur. İqtisadiyyatın davamlı şəkildə gücləndirilməsi zərurətindən çıxış edərək dövlət başçımız bu sahədə ardıcıl islahatların təşəbbüskarı kimi çıxış edir.
    2018-ci il aprelin 11-də keçirilən prezident seçkiləri zamanı xalqın İlham Əliyevə göstərdiyi etimad həm də bu uğurlara verilmiş səs, siyasi kursun davamına göstərilmiş etimad idi. Cənab İlham Əliyevin həmin seçkilərə qədər də Azərbaycana rəhbərlik etdiyi 2003-2018-ci illər tariximizə möhtəşəm iqtisadi yüksəliş dövrü kimi daxil olmuşdur. Bu dövrdə ümumi daxili məhsul 3,2 dəfə, büdcə gəlirləri 13,5 dəfə artmışdır.
    Bu illərdə 1 958 400 yeni iş yeri açılmış, 326.6 min nəfərə ünvanlı dövlət sosial yardımı verilmişdir. İşsizliyin səviyyəsi 9.2 faizdən 5 faizə, yoxsulluğun səviyyəsi 44.7 faizdən 5.4 faizə endirilmişdir. 245 min nəfər məcburi köçkün mənzillə təmin olunmuşdur.
    Azərbaycan Prezidenti ölkəmizdə azad sahibkarlığa, biznes fəaliyyətinə əlverişli şərait yaratmışdır.
    44 günlük müharibədən çıxmış və pandemiya dönəmindən keçən ölkə olmasına baxmayaraq Azərbaycanın uğurlu inkişaf göstəricilərindən ən mühümü əhalinin sosial rifah halının yüksəldilməsi istiqamətində həyata keçirdiyi sistemli və ardıcıl tədbirlərdir. Sözü gedən tədbirlər planında ölkə ümumtəhsil işçiləri ilə yanaşı biz Azərbaycan Dövlət Aqrar Universitetinin professor-müəllim heyətinində yer alması dövlətimizin sosial məsələlərə xüsusi diqqətinin bariz nümunəsidir. Ölkədə uğurla gerçəkləşdirilən sosial təminat tədbirləri insanların həyati tələbatlarının ən azı minimum səviyyədə ödənilməsinə xidmət edir. Xalqımız üçün özəl gündə 24 dekabr 2021-ci ildə dövlət başçımızın yubiley günündə Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, akademik İbrahim Cəfərovun sədrliyi ilə keçirilən universitet elmi şurasında 2022-ci il 01 yanvar tarixindən universitetin aylıq vəzifə maaşları 300 manatadək (300 də daxil olmaqla) olanlar 25%, 300 manatdan çox vəzifə maaşlarının 20% artırılması barədə qəbul edilən qərar yenilməz Iqtisadi gücə sahib olan dövlətimizin aqrar elmə, aqrar təhsilə və Aqrar universitetə göstərdiyi diqqət və qayğının növbəti nümunəsi idi.

    “Biz bundan sonra da müstəqillik və qələbələr yolu ilə gedəcəyik”. Beləliklə, Azərbaycan seçicilərinin mütləq əksəriyyəti 2018-ci ildə Prezident İlham Əliyevə səs verdi. Cənab İlham Əliyev növbəti dəfə Prezident seçildikdən sonra verdiyi bütün vədlərə əməl etdi, Azərbaycanı daha güclü və qüdrətli dövlətə, qalib ölkəyə çevirdi. Bu isə xalqın Prezident İlham Əliyevə inamını və güvənini daha da artırdı. Azərbaycan xalqı həm də onunla qürur duyur ki, dünya miqyasında nüfuzlu siyasi xadim olan dövlətimizin başçısı İlham Əliyev öz fəaliyyəti ilə ölkənin təkcə sürətli inkişafını təmin etməyib. Onun ideyaları, əməli fəaliyyəti həm də bəşəriyyətin inkişafına vacib töhfələr verir və verəcəkdir!

    Aytəkin Bağırova
    ADAU Aqrobiznes və İdarəetmə fakültəsi YAP ilk partiya təşkilatının sədri,
    Marketinq kafedrasnın baş müəllimi


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR