Azərbaycan Kamandan Oxatma Federasiyasının hesabat-seçki konfransı keçirilib.
Gənclər və İdman Nazirliyinin inzibati binasında gerçəkləşən tədbirdə quruma prezident seçkisi baş tutub.
Şahin Mövsümov yenidən federasiyanın rəhbəri seçilib. O, 2007-ci ildən quruma başçılıq edir.
Qeyd edək ki, Şahin Mövsümov Prezidentin köməkçisi Şahmar Mövsümovun qardaşıdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.