AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Xanlar Fətiyev yenidən federasiya prezidenti seçildi

  • + A
  • - A
  • 18-11-2021, 14:26


    Noyabrın 18-də Azərbaycan Üzgüçülük Federasiyasının növbəti hesabat-seçki konfransı keçirilib. Gənclər və İdman Nazirliyində keçirilən tədbirdə nazir Fərid Qayıbov da iştirak edib.

    Sonra, Azərbaycan Üzgüçülük Federasiyasının ötən olimpiya mərhələsindəki fəaliyyəti barədə federasiya prezidenti Xanlar Fətiyevin hesabatı dinlənilib və federasiya rəhbərliyinə yeni seçki keçirilib. Xanlar Fətiyev yenidən federasiyanın yeni prezidenti seçilib.

    Elçin Həsənov və Mark Koqanov isə Azərbaycan Üzgüçülük Federasiyasının vitse-prezidenti, Kamran Nəzərov, Şamil Əbürəhmanov, Azər Babayev və Ziya Bağırzadə isə İcraiyyə Komitəsinə üzv seçiliblər.

    Qeyd edək ki, seçki zamanı elektron səsvermə sistemi tətbiq edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR