Azadmedia.az - Dənizli şəhərindən 20 km uzaqlıqda olan Pamukkale Menderes çayı vadisində yerləşir. UNESCO tərəfindən Dünya İrs Siyahısına daxil edilməsindən 25 il keçir. Pamukkale təkcə kalsium bikarbonatla zəngin gur şəlalələr travertinlərlə deyil, həm də dörd bir tərəfində qədim şəhərləri ilə açıq səma altında muzeyə bənzəyir.
Hərfi mənada “Pambıq Saray” kimi tərcümə olunan Pamukkale həqiqətən də dünyanın hər yerindən gələn bir çox turistin sevimli istirahət yeridir. Bu ada bənzərsiz təbiəti ilə yanaşı isti bulaqlar, çoxlu duzlu hamamlar və terraslar ilə zəngindir.
Pamukkaledəki bulağın müalicəvi xüsusiyyətləri qədim zamanlardan məlumdur. Onun suları ağır və hətta çox ağır xəstə olan insanlara şəfa verir ki bu da onun möcüzəvi gücündən xəbər verir.
Pamukkaledə onurğa və dayaq-hərəkət sistemi problemi olan insanları müalicə edən cəmi 17 fərqli hamam var. Orada həmçinin hər cür ürək-damar, dəri, mədə-bağırsaq və sinir sistemi xəstəlikləri müalicə edilir.
Pamukkaleyə istənilən mövsüm gedə bilərsiniz. Qışda hava soyuq olsa da Antik Hovuzun suyu həmişə təxminən 36 dərəcə olduğu üçün qışda burada doya doya üzə bilərsiniz. Yaz və payız ayları buraya səfər etmək üçün ideal aylardır. Çünki bu fəsillərdə hava çox da isti olmur. Ancaq yay mövsümü üçün eyni şeyi demək çətindir. Çünki havanın temperaturu və günəşin yandırıcı təsirini nəzərə alsaq yayda buranı ziyarət etmək sağlamlıq üçün çətin ola bilər.