Türkiyə İraqın şimalında yeni antiterror əməliyyatına başlayıb.
AzadMedia.az "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.
Akar Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalındakı Metina, Zap və Avaşin-Basyan bölgələrində terrorçu hədəflərə qarşı qurudan və havadan “Pençe Kilit" əməliyyatına başladığını açıqlayıb.
Nazir əməliyyat çərçivəsində terrorçulara aid hədəflərin şiddətli atəşə tutulduğunu bildirib:
“Əməliyyatımız planlaşdırıldığı kimi uğurla davam edir. Birinci mərhələdə qarşıya qoyulan hədəflərə nail olunub”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.