AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ Rusiyaya qarşı sanksiya siyahısından İsveçrə şirkətini çıxardı

  • + A
  • - A
  • Dünən, 22:37

    ABŞ Rusiyaya qarşı sanksiya siyahısından İsveçrə şirkətini çıxardı


    ABŞ Maliyyə Nazirliyi İsveçrənin aktivlərin idarə olunması şirkəti DuLac Capital və onun Moskva ilə Sankt-Peterburqdakı filiallarını Rusiyaya qarşı sanksiya siyahısından çıxarıb.

    Bu barədə ABŞ Maliyyə Nazirliyi sentyabrın 3-də yaydığı məlumatda bildirib.

    Qərarın səbəbi isə açıqlanmayıb. Vaşinqton şirkətin və onun Rusiyadakı filiallarının sanksiya siyahısından niyə çıxarıldığı barədə hər hansı izahat verməyib.

    Qeyd edək ki, DuLac Capital və Rusiyadakı filialları 2023-cü ilin mayında ABŞ-ın sanksiyalarına məruz qalmışdı. Beləliklə, şirkət üç ildən artıq müddət sonra sanksiya siyahısından çıxarılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR