AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyə Ordusundan terrorçulara ağır zərbə

  • + A
  • - A
  • 4-10-2021, 20:40


    Türkiyə Silahlı Qüvvələri İraqın şimalında PKK/KCK terror təşkilatına daha bir güclü zərbə endirib.

    “Azadmedia.az” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, İraqın şimalında davam edən “Pəncə-İldırım” antiterror əməliyyatlarının aparıldığı Avaşin-Basyan bölgəsində PKK/KCK terror təşkilatı üzvlərinin “alınmaz” hesab etdikləri “şərq qərargahı” ələ keçirilib.

    Uğurlu əməliyyat nəticəsində mağaraya daxil olan və terrorçulara ağır zərbə vuran Türkiyə ordusunun bölmələri PKK/KCK terror təşkilatının 12 üzvünü zərərsizləşdirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR