AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Əkin yerlərini yandıranlar cəzalandırılacaq — Prezident MM-ə yeni layihə göndərdi

  • + A
  • - A
  • 27-11-2017, 14:22

    Əkin yerlərini yandıranlar cəzalandırılacaq — Prezident MM-ə yeni layihə göndərdi














    Azərbaycanda əkin yerlərinin yandırılmasına görə cəzalar müəyyənləşdirilir.
    APA məlumatına görə, bununla bağlı Azərbaycan prezidenti tərəfindən Milli Məclisə qanun layihəsi təqdim edilib.

    Layihəyə görə, İnzibati Xətalar Məcəlləsinə 244-1 (Əkin yerlərinin yandırılması) maddəsi əlavə edilir.

    Maddədə qeyd olunur ki, əkin yerlərinin yandırılmasına görə fiziki şəxslər 400 manatdan 600 manata qədər, vəzifəli şəxslər 1 500 manatdan 2 000 manata qədər, hüquqi şəxslər isə 5 000 manatdan 6 000 manata qədər cərimələnəcəklər.

    Layihə qəbul olunduğu təqdirdə 2018-ci il fevralın 1-dən qüvvəyə minəcək.

    Qanun layihəsi Milli Məclisin Aqrar siyasət komitəsinin noyabrın 28-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR