AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Deputatın şirkətində böyük yeyinti - İTTİHAM VAR

  • + A
  • - A
  • 16-01-2017, 09:34

    Prezidentin masası üzərindəki islahat paketində “Azəraqrartikinti” ASC-nin adı keçir. Mənbənin sözlərinə görə, ölkə başçısının fəaliyyətindən narazı qaldığı qurumlardan biri də sözügedən ASC-dir. Dövlətin vəsaitlərini tar-mar etmiş “Azəraqrartikinti” ASC-yə deputat Ağalar Vəliyev sədrlik edir.

    Prezidentin və iqtisadi bloka aid məmurların struktur islahatları nəticəsində deputatın talançı Cəmiyyətinin ləğvi gündəmə gəlib.

    Mətbuatda yayılmış adi bir fakta nəzər salaq: “Azəraqrartikinti” ASC-nin Biləsuvar filialının müdiri Quliyev Dilavər Həbib oğlu yeyinti əməliyyatlarını açıqlayıb.

    Bildirirəm ki, rəhbəri olduğum “Azəraqrartikinti” ASC-nin Biləsuvar filialına ASC-nin göstərişi ilə Biləsuvarda Kənd Təsərrüfatı Nazirliyinin inzibati - laboratoriya binasının tikintisinin inşa edilməsi tapşırılmışdır.

    Həmin binanın tikintisinə bizim filial tərəfindən 2014-cü ilin avqust ayından başlanılmış, 2016-cı ilin sentyabr ayında isə tam şəkildə başa çatdırılmışdır.

    Smeta-layihə üzrə nəzərdə tutulmuş işlər keyfiyyətlə tam başa çatdırılmışdır. Sözügedən binanın tikintisinə smeta-layihə sənədlərində ƏDV-siz 1 milyon 400 min manat dövlət büdcəsindən vəsait ayrılmışdır. Həmin binanın tikintisinə filialımız tərəfindən 802 000 manat vəsait xərclənib.

    ”Azəraqrartikinti” ASC tərəfindən tikinti başlayandan sona çatana qədər cəmi 562000 manat vəsait ödənilmişdir. Qalan 242000 manat vəsaiti dəfələrlə şifahi və yazılı müraciət etməyimizə baxmayaraq ASC-i tərəfindən ödənilmir.

    Qənaət rejiminə keçid bu ASC-nin fəaliyyətinə xitam verilməsini aktuallaşdırıb.

    “Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyəti artıq 50 ildən çoxdur ki, fəaliyyət göstərirdi və bu qurum 1961-ci ildə qeyri-dövlət mülkiyyəti əsasında yaradılmış "Başkolxozlararasıtikinti” Idarəsinin hüquqi varisi idi.

    Sonradan onun tərkibinə müxtəlif dövlət təşkilatları verilməklə adı bir neçə dəfə dəyişdirilərək, "Başkolxozsovxoztikinti” Idarəsi, "Azəraqrarsənayetikinti” Birliyi, "Azəraqrartikinti” Istehsalat Birliyi, "Azəraqrartikinti” Dövlət Şirkəti adlandırılıb.

    "Azəraqrartikinti” ASC-nin eyni zamanda qeydiyyatda olduğu Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi 93 ünvanında daha iki şirkət də qeydiyyatdadı.
    “Azəraqrartikinti”də talan
    Bunlardan biri Ağalar Vəliyevin oğlu Pərviz Vəliyevin adına qeydiyyatdan keçmiş "PZ Servis” MMC, ikincisi, qardaşı oğlu Ramin Vəliyevin adına təsis olunmuş "Azital Inşaat” MMC. Deputatın müəssisəsinin rayon filiallarının rəhbərlərinin də adına olan şirkətlər var.

    "Azəraqrartikinti”nin Saatlı filialının rəhbəri Bəybala Əkbərov həm də "Muğan LTD” MMC-nin təsisçisidir. "Azəraqrartikinti”nin Neftçala filialının rəhbəri İmanqulu Əliyev eyni zamanda "Bərpaçı Dizayner” MMC nin rəhbəridir.

    "Azəraqrartikinti”nin Bakı 3 sayı filalının rəhbəri Sabir Qaragözov daha 2 şirkətin təsisçisidir; "Qaragözova" MMC və "Tərəqqi-2008"MMC.

    "Azəraqrartikinti" Açıq Səhmdar Cəmiyyətinin Şəki yerli tikinti materiallari istehsali filialinın rəhbəri Nəsib Növbərov həm də "Şəki şirkəti" adlı başqa bir müəssisənin də təsisçisidir.

    Araşdırmalar nəticəsində məlum oldu ki, "Azəraqrartikinti" Açıq Səhmdar Cəmiyyəti həmçinin bir sıra layihələrin icrasını aşağıdakı şirkətlərlə müştərək şirkətlər quraraq həyata keçirib. \\regionxeberleri.com\\


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR