AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə İ.Əsgərli adına 3 saylı məktəbdə tədbir keçirilib - FOTO

  • + A
  • - A
  • 10-06-2022, 12:52

    Masallı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə İ.Əsgərli adına 3 saylı məktəbdə tədbir keçirilib - FOTO



    Azadmedia.az - Masallı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə 15 İyun-Milli Qurtuluş gününə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Masallı şəhər İ. Əsgərli adına 3 saylı tam orta məktəbdə şagirdlər üçün mühazirə oxunub.

    Əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

    Sonra Mərkəzin əməkdaşı Şəfa Xəlilova “Tarixin gedişini dəyişən şəxsiyyət – Heydər Əliyev” başlıqlı mühazirə oxuyub. Ş. Xəlilova Ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik və idarəçilik irsi haqqında şagirdlərə xronoloji ardıcıllıqla geniş və ətraflı məlumat verib.

    Mühazirənin sonunda Ş. Xəlilova Ümummilli lider Heydər Əliyevin şah əsəri olan müasir Azərbaycanın hər bir gənc üçün fəxr və qürur mənbəyi olduğunu və Ulu Öndərin əsasını qoyduğu dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini qeyd edib.






    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR