Masallı rayonu üzrə dövlət qulluqçularının sayı açıqlanıb.
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun qəbulundan 20 ildən artıq keçməsinə baxmayaraq dövlət qulluğu sahəsində geniş qanunvericilik bazası yaradılmış, həyata keçirilmiş islahatlar nəticəsində Azərbaycanda müasir dövlət qulluğu sistemi formalaşmış, dövlət qulluqçularının peşəkarlığının və sosial müdafiəsinin gücləndirilməsi məqsədilə zəruri addımlar atılmışdır.
Masallı Rayonu Statistika İdarəsinin rəisi Ramin Bəyəlizadənin Azadmedia.az-a olan statistik açıqlamasını təqdim edirik:
R.Bəyəlizadə - “Masallı rayonunda 2021-ci ildə dövlət qulluqçularının sayı 239 nəfərdir, onlardan 90,8 faizi və ya 217 nəfəri kişilər, 9,2 faizi və ya 22 nəfərini qadınlar təşkil edir. Ötən il ilə müqayisədə dövlət qulluqçularının sayı 103,9 faiz və ya 9 nəfər çoxdur. Dövlət qulluqçularının 21,0 faizi və ya 50 nəfəri 29 yaşadək, 17,2 faizi və ya 41 nəfəri 30-34 yaşda, 12,1 faizi və ya 29 nəfəri 35-39 yaşda, 15 faizi və ya 36 nəfəri 40-44 yaşda, 9,2 faizi və ya 22 nəfəri 45-49 yaşda, 20,1 faizi və ya 48 nəfəri 50-59 yaşda, 5,4 faizi və ya 13 nəfəri 60 və yuxarı yaşda olan şəxslərdir.” - deyə bildirib.
Onun sözlərinə görə, 239 nəfər dövlət qulluqçusundan 87,9 faizi və ya 210 nəfəri inzibati vəzifələrdə, 12,1 faizi və ya 29 nəfəri yardımçı vəzifələrdə çalışırlar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.