AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Həbs edilən gömrük generalının şikayəti rədd edildi

  • + A
  • - A
  • 30-06-2022, 17:52

    Həbs edilən gömrük generalının şikayəti rədd edildi


    Bakı Apellyasiya Məhkəməsində vəzifə səlahiyyətlərini aşmaqda təqsirləndirilərək həbs edilən, “Azərterminalkompleks” birliyinin sabiq direktoru, gömrük general-mayoru Ehtiram Xəlilovun Səbail rayon məhkəməsinin qərarından verdiyi apellyasiya şikayətinə baxılıb.

    AzadMedia.az-ın Trend-ə istinadla məlumatına görə, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Məhkəmənin qərarı ilə E. Xəlilovun şikayəti təmin olunmayıb.

    Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi xüsusi əməliyyat zamanı “Azərterminalkompleks” birliyinin sabiq direktoru, gömrük general-mayoru Ehtiram Xəlilov saxlanılıb. O, külli miqdarda rüşvət almaqda və vəzifə səlahiyyətlərini aşmaqda ittiham edilir.

    Səbail Rayon Məhkəməsinin qərarı ilə Ehtiram Xəlilov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR