Masallı rayonu 70 saylı seçki dairəsinin millət vəkili Məşhur Məmmədov tərəfindən dairəyə daxil olan ailələrə, Vətən müharibəsi şəhidlərinin, qazilərin və iştirakçılarının ailələrinə hər daim diqqət və qayğı ilə yanaşılır.
Azadmedia.az xəbər verir ki, 70 saylı Masallı Seçki Dairəsinə daxil olan 1400-ə yaxın ailəyə Qurban Bayramı münasibətilə bayram sovqatı paylanılıb.
Belə ki, I və II Qarabağ Müharibəsinin Şəhid və Qazi ailələrinə, həmçinin aztəminatlı ailələrə Qurban Bayramı münasibətilə 3000 kiloya yaxın qurban əti verilib.
Qeyd edək ki, aksiyanın həyata keçirilməsində, görüşlərin keçirilməsi və bayram sovqatlarının paylanılmasında millət vəkili Məşhur Məmmədovun köməkçiləri Əli Nağıyev, Hekayət Nəzərov, Rəmzi Şahverdiyev və Masallı Təhsil Fondunun direktoru Hüseyn Hüseynov iştirak ediblər.
Bayram payı alan şəhid və qazi ailələri bu əziz gündə kəsilən qurbanların Allah tərəfindən qəbul edilməsini, Qurban bayramının xalqımız və millətimiz üçün xeyirli-uğurlu olmasını diləyib, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Ailələr həmçinin millət vəkili M.Məmmədova Masallı camaatına göstərdiyi diqqət və qayğıya görə dərin təşəkkürlərini ifadə ediblər.