İyulun 11-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına rəsmi səfərə gəlib.
Londonun “Hitrou” beynəlxalq hava limanında nümayəndə heyətini Azərbaycanın Birləşmiş Krallıqdakı səfiri Elin Süleymanov və digər rəsmi şəxslər qarşılayıblar.
Nümayəndə heyətinin tərkibinə Milli Məclisin Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov, deputatlardan Rafael Hüseynov, Afət Həsənova, Anatoliy Rafailov, parlament Aparatının rəhbəri Fərid Hacıyev və digər rəsmi şəxslər daxildirlər.
Səfər çərçivəsində spiker Sahibə Qafarovanın Birləşmiş Krallıq parlamentinin İcmalar Palatasının və Lordlar Palatasının sədrləri və digər ölkə rəsmiləri ilə görüşləri nəzərdə tutulub.
Görüşlərdə parlamentlərarası əlaqələrimizin bugünü və gələcək inkişaf perspektivləri, ikitərəfli və çoxtərəfli formatda əməkdaşlığın genişləndirilməsi və digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.
Səfər iyulun 13-də başa çatacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.