AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan enerji ölkəsi kimi mövcud potensialını uğurla realizə edir - ÖZƏL

  • + A
  • - A
  • 19-07-2022, 13:41

    Azərbaycan enerji ölkəsi kimi mövcud potensialını uğurla realizə edir - ÖZƏL

    Azərbaycan enerji ölkəsi kimi mövcud potensialını uğurla realizə edir.

    Neft və qaz ehtiyatlarının dünya bazarlarına çıxarılması ölkəmizə böyük həcmdə iqtisadi dividentlər qazandırıb.

    Həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət, ardıcıl islahatlar, sosialyönümlü yanaşma, neft gəlirlərinin insan kapitalına və sosial problemlərin həllinə yönəldilməsi isə xalqın rifahının yaxşılaşmasını təmin edib. 

    Təsadüfi deyil ki, Azərbaycan artıq həm də elektrik enerjisinin etibarlı ixracatçısı kimi tanınır.
    Ölkəmizin etibarlılığı onun öz resurslarından siyasi rıçaq kimi istifadə etməməsi, əlaqələri sağlam, bərabarhüquqlu əməkdaşlıq prinsipi üzərində qurması, bütün ehtiyatlardan və infrastrukturundan xalqların rifahı üçün istifadə etməsi ilə şərtlənir. Azərbaycan bölgədən keçən bütün tranzit xətlərdən bölgə xalqlarının səmərəli istifadəsi üçün lazımıncə dəstək verir. Və ya qaz, enerji böhranları zamanı Azərbaycanın qonşu ölkələrə verdiyi dəstək uzaq keçmişin faktları olmadığından yaxşı xatırlanır.

    Budur, Azərbaycan həm də Avropanın enerji təchizatında əhəmiyyətli rol almağa başlayır. Prezident İlham Əliyevin elektroenergetika sahəsinə yönəlmiş strategiyasına uyğun olaraq, Azərbaycan elektrik enerjisini idxal edən ölkədən ixrac edən ölkəyə çevrilib.
    Prezident İlham Əliyevin energetika sahəsinin potensialının tam realizəsi ilə bağlı qarşıya qoyduğu hədəflər, bu istiqamətdə həyata keçirilən tədbirlər xüsusilə üç prioritetin həllinə hesablanıb:
    Birincisi, resursların müəyyən edilməsi, mövcud ənənəvi və alternativ enerjisi istehsalı imkanlarından tam istifadə.
    İkincisi, daxili enerji tələbatının tam və təhlükəsiz şəkildə təmin olunması, elektrik enerjisi sisteminin modernləşdirilməsi.
    Üçüncüsü, Azərbaycanın elektrik enerjisi ixracatçısına çevrilməsi və bu alıcı arealının genişləndirilməsi.
    Azərbaycan enerji istehsal mexanizmlərini və infrastrukturunu artan tələbata və qarşıya qoyulan ixrac məqsədinə uyğunlaşdırır.
    Yuxarıda qeyd etdiyimiz üçüncü istiqamət üzrə addımlar, yəni Azərbaycanın dünya bazarına həm də enerji istehsalçısı kimi daxil olması ölkəmizə iqtisadi gəlirlərlə yanaşı, siyasi dividentlər də qazandırır. Yeni partnyorluq əlaqələri yeni siyasi tərəfdaşlar deməkdir. Bu isə Azərbaycanın beynəlxalq nüfuzunu müəyyən edir.

    Rəmzi Şahverdiyev
    YAP Masallı rayon təşkilatının fəal üzvü


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR