AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda “Heydər Əliyev və müasir Azərbaycan mətbuatının inkişaf tarixi” adlı tədbir keçirilib - FOTO

  • + A
  • - A
  • 22-07-2022, 22:59


    Masallıda “Heydər Əliyev və müasir Azərbaycan mətbuatının inkişaf tarixi” adlı tədbir keçirilib - FOTO
    Azadmedia.az - İyulun 22-də Masallı rayon Heydər Əliyev Mərkəzində Milli mətbuat və jurnalistika günü ilə əlaqədar “Heydər Əliyev və müasir Azərbaycan mətbuatının inkişaf tarixi” adlı tədbir keçirilib.

    Tədbirdə mədəniyyət işçiləri, media nümayəndələri və gənclər iştirak ediblər.

    Əvvəlcə Ulu öndər Heydər Əliyevin və Respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Tədbiri giriş sözü ilə açan Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva Ulu öndər Heydər Əliyevin mətbuata olan diqqət və qayğısından danışıb. D. İbayeva bu gün cənab Prezident İlham Əliyevin media nümayəndələrinə olan diqqətindən də söhbət açıb. Sonra söz “Yeni Həyat” qəzetinin əməkdaşı Akif Ağayevə verilib. A. Ağayev gənclərə mətbuatın yaranma tarixi, Masallıda yerli qəzet olan ”Yeni həyat”ın yaranması və qəzetin bu gün artıq 90-cı ilinin keçiriliməsi barədə məlumat verib.

    Daha sonra gənclərlə diskussiya aparılıb. Onların media haqqında sualları cavablandırılıb.

    Sonda Ümummilli lider Heydər Əliyevin büstü önündə xatirə şəkli çəkilib.








    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR