Masallıda rayon icra başçısının 29 iyul 2022-ci il tarixli vətəndaş qəbulu keçirilib.
Azadmedia.az - 29 iyul 2022-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov Masallı Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşların qəbulunu keçirib.
Qəbulda rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, hüquq mühafizə orqanları rəhbərləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Növbəti qəbulda 40 nəfərə yaxın vətəndaş — İbrahimov Sədulla Əlinağı oğlu, Abbasov Nurlan Həsənəli oğlu, Yaqubov Namiq Niftulla oğlu, Ələkbərli Qalib Zöğhrab oğlu, Sultanov Salman Abasəli oğlu, Əliyeva Rəfiqə Fazil qızı, Eminov Əliş Rəyasət oğlu, Qəhrəmanov Alim Nəbi oğlu, Əzizov Qılman Vəzir oğlu, Mirzəyev Hüseyn Əlamət oğlu, Bayramov Xanverdi Hacıqulu noğlu, Qafarov Elşən Rəhmət oğlu, Həsənov Həsən Hüseyn oğlu, Əmişova Aysel Əbülfəz qızı, Şirəliyev Anar Azər oğlu, Əsədov Şahmar Dövlət oğlu, Eyvazova Afət Ramazan qızı, Şükürova Vəsilə Zeyni qızı, Məmmədov Anar, Səlimova Natavan Firudin qızı və başqaları iştirak etmiş, kəndin sərhəd məsələsi, avtomobil verilməsi və ev tikmək üçün növbəyə alınması, kirayədə qaldığı evin pulunu vaxtlı-vaxtında verə bilməməsi, məhkəmə işi, maddi kömək, məşğulluq və işlə təmin olunması, payıbəlli, həyətyanı torpaq sahəsinin verilməsi, yaşayış evinin qəzalı vəziyyətdə olması, yaçşayış evi tikilməsi, bankdan kredit almasına kömək, evinə gedən qaz təchizatının dayandırılması, yaşayış evinin təmiri və evinə qaz, işıq xəttinin çəkilməsi, Təzəkənd ərazi nümayəndəsindən narazılıq etməsi, sel-sular nəticəsində dəymiş ziyan, həyətyanı torpaq sahəsininm başqa şəxsə qanunsuz verulməsi və s. məsələlər barəsində müraciətlər ediblər.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov vətəndaşların qəbulunu yekunlaşdıraraq, müraciətlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verib. Həmçinin həlli mümkün olan məsələlər yerində həll olub, digər məsələlər nəzarətə götürülüb.
Ülkər Piriyeva