AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda kənd təsərrüfatı məhsullarının istehsalı 23,9 faiz artıb

  • + A
  • - A
  • 1-08-2022, 14:40


    Masallıda kənd təsərrüfatı məhsullarının istehsalı 23,9 faiz artıb
    Azadmedia.az-ın cənub bürosu xəbər verir ki, 2022-ci ilin yanvar-iyun ayları ərzində kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 126,9 milyon manat təşkil edib ki, 79,3 milyon manatı bitkiçilik, 47,6 milyon manatı isə heyvandarlıq məhsullarının payına düşür.

    Masallı Rayon Statistika İdarəsindən verilən məlumata əsasən 2022-ci ilin yanvar-iyun aylarının 2021-ci ilin müvafiq dövrü ilə müaqayisəsində kənd təsərrüfatı məhsullarının istehsalı 23,9 faiz, o cümlədən bitkiçilik məhsulları üzrə 31,8 faiz, heyvandarlıq məhsulları üzrə isə 12,7 faiz artım olub.

    2022-ci ilin yanvar-iyun aylarında heyvandarlıq bölməsində diri çəkidə 3629,2 ton ət, 26256,1 ton süd, 36784 min ədəd yumurta, 144,2 ton yun istehsal edilmişdir. 2021-ci ilin müvafiq dövrünə nisbətən yumurta istehsalı 174,0 min ədəd və ya 0,5 faiz, ət istehsalı 20,0 ton və ya 0,6 faiz, süd istehsalı 265,1 ton və ya 1,0 faiz, yun istehsalı isə 1,2 ton və ya 0,8 faiz artmışdır.


    Rəmzi Şahverdiyev


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR