AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ADAU ilə Yozgat Bozok Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

  • + A
  • - A
  • 4-08-2022, 00:30

    ADAU ilə Yozgat Bozok Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb


    Yozgat Bozok Universitetinin rektoru, professor Ahmet Karadağ Azərbaycan Dövlət Aqrar Universitetini (ADAU) ziyarət edib.

    AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qonaqla görüşən ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov universitetin xarici əlaqələri, ikili diplom proqramları və maddi-texniki bazası haqqında ətraflı məlumat verib. İ.Cəfərov, həmçinin 44 günlük Vətən müharibəsi zamanı göstərdikləri mənəvi dəstək üçün Türkiyə xalqına dərin minnətdarlığını bildirib.

    Sonra ADAU-nun tanıtım çarxı nümayiş olunub.

    Yozgat Bozok Universitetinin rektoru, professor Ahmet Karadağ öz növbəsində təmsil etdiyi qurum haqqında geniş məlumat verib. O, toxumçuluq sahəsində birgə layihələrin reallaşdırılması, professor-müəllim heyəti və doktorantlar üçün qarşılıqlı akademik səfərlərin, tələbə mübadiləsinin həyata keçirilməsinin önəminə toxunub.

    Sonda hər iki universitetin rektorları universitetlər arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalayıblar. Qarşılıqlı xatirə hədiyyələri təqdim olunub.

    Görüşdən sonra qonaqlar universitetin Biotexnologiya mərkəzi ilə tanış olub. Məlumat verilib ki, Azərbaycan Dövlət Aqrar Universitetinin nəzdində yaradılmış yeni Biotexnologiya mərkəzində bitkilərin müxtəlif stres amillərinə, xəstəliklərə qarşı davamlılığın müəyyən edilməsi məqsədilə bu istiqamətlərdə molekulyar analizlər həyata keçirilir.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR