Azadmedia.az - 05 avqust 2022-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov Masallı Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşların qəbulunu keçirib.
Qəbulda rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, hüquq mühafizə orqanları rəhbərləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Növbəti qəbulda 65 nəfərə yaxın vətəndaş — Fərzəliyeva Zahidə Allahşükür qızı, İbayeva Cəmilə Ağadədə qızı, Ağayev Eyvaz Əvəz oğlu, Həsənov İlham Yavər oğlu, Mehtiyeva Gülxəndə Cahangir qızı, Əzizova Tünzalə Sabir qızı, Əzizova Əzizə Gülüş qızı, Abbasova Mədinə Yusif qızı, Cəfərov Şəmsəddin Hacıəli oğlu, Şıxəliyev Ramin Fərhad oğlu, İslamova Zəminə Gülağa qızı, Abbasova Nazxanım Böyükxan qızı, Hüseynli Surac Səyyad oğlu, Mustafayev Rəvan Mehman oğlu, Qaraşov Tapdıq Şahlar oğlu, Şiriyeva Səbinə Nəcəfəli qızı, Əzimov Orxan Zahir oğlu və başqaları iştirak etmiş, maddi kömək, aliment, məşğulluq və işlə təmin olunması, payıbəlli, həyətyanı torpaq sahəsi, evə qaz, işıq, telefon xəttinin çəkilməsi, vətəndaşa dəymiş ziyanın ödənilməsi, xəstəliyin müalicəsi və əlillik dərəcəsinin təyinatı, yol və fərdi ev təmiri, Köçəkli kəndinə marşrut xəttinin davamlı işləməsi və s. məsələlər barəsində müraciətlər ediblər.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov vətəndaşların qəbulunu yekunlaşdıraraq, müraciətlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermiş, həlli mümkün olan məsələlər yerində həll olmuş, digər məsələlər nəzarətə götürülüb.
Ülkər Piriyeva