AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı Rayon İcra Hakimiyyəti başçısı Ağakişibəyli, Qarğalıq, Xallıcallı, Kürdəbaz, Qədirli, Əminli və Şərəfə kəndlərinin sakinləri ilə görüşüb - FOTO

  • + A
  • - A
  • 9-08-2022, 21:53

    Masallı Rayon İcra Hakimiyyəti başçısı Ağakişibəyli, Qarğalıq, Xallıcallı, Kürdəbaz, Qədirli, Əminli və Şərəfə kəndlərinin sakinləri ilə görüşüb - FOTO

    Masallıda rayon rəhbəri Qarğalıq və Şərəfə ərazilərində olub.

    Azadmedia.az - 09 avqust 2022-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov rayonun Qarğalıq, Ağakişibəyli, Xallıcalı, Kürdəbaz, Qədirli, Əminli və Şərəfə kəndlərinin sakinləri ilə görüşüb.

    Görüşlərdə rayon rəhbəri ilə yanaşı rayon icra hakimiyyəti başçısının birinci müavini Məmmədhüseyn Hüseynov, aparatın şöbə müdirləri Qəşəm Hadıyev və Afəddin Kərimov ağsaqqallar, din xadimləri, ziyalılar, şəhid ailələri, qazilər, gənclər və ərazi sakinləri iştirak ediblər.

    Rayon rəhbəri və görüş iştirakçıları əvvəlcə ərazilərdə olan Birinci və İkinci Qarabağ şəhidlərinin məzarlarını, abidə komplekslərini ziyarət etmiş, məzarları önünə gül dəstələri qoyaraq şəhidlərin ruhlarına dualar oxuyublar.

    Bütün görüşlərdə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

    İcra başçısı ölkə rəhbərinin tapşırırıq və tövsiyələrini bir daha vətəndaşlara çatdırıblar.

    Sonra rayon rəhbəri ağsaqqallar, şəhid valideynləri, qazi, ziyalı və sadə vətəndaşlarla görüşmüş, onların müraciətlərini dinləyiblər.

    Qarğalıq, Xallıcalı, Kürdəbaz, Qədirli, Əminli və Şərəfə kəndləri ərazilərinin vətəndaşları ilə görüş zamanı sakinlərdə Rəbbi Kərimov, Füzuli Zeynalov, Salam Nəzərov, Hidayət Vəliyev, Süleyman Quliyev, Zülfüqar Fətullayev, Oruc Əsədov, Saməddin Bəgişov, Cahid İbişov, Qoşqar Quliyev, Elşad Əsgərov, Xankişi Xankişiyev, Ağamirzə Əhədov, Rafət Abbasov və başqaları yaşadıqları ərazilərin problemlərini rayon rəhbərinə çatdırmış, köməklik göstərilməsini xahiş ediblər.

    Bütün təklif və xahişlər həlli üçün qeydiyyata götürülüb.

    Görüş zamanı çıxış edən sakinlər rayon rəhbərinə yeni vəzifəsində uğurlar diləyiblər.

    Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov da öz növbəsində cənab Prezidentin etimadını doğruldacağını sakinlərə bildirərək görüşləri yekunlaşdırıb və hər zaman əhalinin qayğıları ilə maraqlanacağını bildirib.

    Ülkər Piriyeva











    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR