Masallıda 3-cü dərəcəli “Rəşadət” ordeni Şəhid əsgər Şahbazov Kənan Natiq oğlunun ailəsinə təqdim olundu.
Şəhid əsgər Şahbazov Kənan Natiq oğlu Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub.
Azadmedia.az xəbər verir ki, bu münasibətlə 19 avqust 2022-ci il tarixdə
Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev və fəalları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı Rayon Şöbəsinin əməkdaşları şəhidin ailəsini ziyarət ediblər.
Masallı rayonunun Çaxırlı kəndində keçiriliən görüşdə şəhid əsgər Şahbazov Kənan Natiq oğlunun ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni onun anasına təqdim olunub.
Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev şəhidimizin şərəfli həyat və döyüş yolu, torpağa, milli-mənəvi dəyərlərə bağlılığı, müqəddəs şəhidlik zirvəsinə ucalmasından bəhs edib.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə və I vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Ülkər Piriyeva