AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Nurlu yol” sənədli filminin təqdimatı oldu – FOTOLAR

  • + A
  • - A
  • 27-08-2022, 16:18

    “Nurlu yol” sənədli filminin təqdimatı oldu – FOTOLAR

    Azadmedia.az xəbər verir ki, Avqustun 27-də Nizami Kino Mərkəzində “Nurlu yol” sənədli filminin təqdimatı və bədii-elmi konfrans keçirilib.

    “Masal prodakşn”ın istehsalı olan ekran əsəri böyük mütəfəkkir, maarifçi, pedaqoq, folklorşünas, tarixçi-etnoqraf, ictimai-siyasi xadim Teymur bəy Bayraməlibəyovun həyat və yaradıcılığına həsr olunub.

    Filmin premyerasından Milli Məclisin deputatları – Məşhur Məmmədov Anar İsgəndərov, Etibar Əliyev, Fazil Mustafa, Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru Misir Mərdanov, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB-nin sədri Arzu Bağırova, kino mütəxəssisləri, elm xadimləri, QHT və Media rəhbərləri iştirak ediblər.

    Tədbiri giriş sözü ilə açan Əməkdar artist Mələk Abaszadə qonaqları salamladı, Teymur bəy Bayraməlibəyovun həyat və yaradıcılığı haqqında danışmaq üçün ilk sözü Tarix elmləri doktoru, professor, millət vəkili Anar İsgəndərova verdi.

    Millət vəkili Məşhur Məmmədov, millətin ictimai şüurunun oyanmasında misilsiz xidmətləri olan, görkəmli ictimai-siyasi xadim, ictimai fikir tariximizdə böyük əhəmiyyət kəsb edən işləri ilə nümunə olan Teymurbəy Bayraməlibəyovun tərəqqipərvər bir ziyalı olduğunu vurğulamaqla yanaşı, onun nə qədər gərgin, həm də dolğun, mübariz bir həyat yaşadığını diqqətə çatdırıb. Millət vəkili həmçinin ictimai xadimin gördüyü işlərin diapazonunun nə qədər geniş olduğunu bildirib.

    Millət vəkilinin çıxışından sonra söz “Masal prodakşn”ın Baş direktoru Cəfər Cəfərova verildi. C.Cəfərov bildirdi ki, görkəmli şəxsiyyət Teymur bəy Bayraməlibəyovun 160 illik yubileyi ərəfəsində ərsəyə gələn sənədli film onun tarixçi, etnoqraf, folklorşünas, ictimai-siyasi xadim kimi bizə miras qoyduğu irsi öyrənilir və təbliğ edilir.

    Sonra “Nurlu yol” sənədli filmi nümayiş oldu.

    Nümayişdən sonra millət vəkilləri, elm xadimləri Həsən bəy Zərdabi yolunun etibarlı davamçısı Teymur bəy Bayraməlibəyovun 160 illik yubileyi münasibəti ilə çıxışlar edib, filmin ərsəyə gəlməsində “Masal prodakşn”a minnətdarlıqlarını bildiriblər.

    Sonda T.B.Bayraməlibəyovun nəticəsi, jurnalist-publisist Teymur Atayev çıxış edərək sənədli filmin hazırlanmasında əməyi olanlara və tədbirə gələn qonaqlara Bayraməlibəyovlar ailəsi adından öz minnətdarlığını bildirib.

    Qeyd edək ki, “Nurlu yol” sənədli filminin ideya və ssenari müəllifi Cəfər Cəfərov, quruluş və təsvir rejissoru Elsevər Əliyev, montaj rejissoru Faiq Mirzə, Musiqi tərtibatı Ruslan Zahidov, Diktor Gültəkin Cəfərova, Fotoqraflar – Nurşad Bayramov, Emil Nuriyev, Məsləhətçilər – Məşhur Məmmədov, Teymur Atayev və Fuad Mehdiyevdir.

    Sənədli filmdə Teymur bəy Bayraməlibəyov rolunu Masallı Xalq Teatrının aktyoru Cavid Quliyev canlandırıb.



    [/center]


































    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR