AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İran mediasından erməniləri sarsıdan etiraf - FOTO

  • + A
  • - A
  • 2-09-2022, 19:55

    İran mediasından erməniləri sarsıdan etiraf - FOTO


    İranın Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən “Qafqaz.ir” saytı bu dəfə öz etirafı ilə diqqət çəkib.

    Saytda Laçın şəhərinin görüntüləri paylaşılıb.

    “Azərbaycanın Laçın şəhərində çəkilən yeni görüntülərdən aydın olur ki, 1992-ci ildə ermənilər tərəfindən edilən işğalın dağıdıcı izləri hələ də qalmaqdadır. Qanunsuz məskunlaşmış ermənilər Laçından çıxarıldıqdan sonra şəhər Azərbaycanın nəzarətinə keçib" - “Qafqaz.ir” yazır.

    Xəbərdə ermənilərin Laçında törətdikləri yanğınlara da diqqət çəkilib:

    "Şəhərdə bəzi binalar yaşayış üçün yararlı olsa da, dağıdılmış evlər çoxdur. Şəhər ətrafındakı meşəlik ərazilərdə ermənilərin getməzdən öncə törətdikləri yanğınların izləri qalır.

    Laçın şəhəri və ətraf kəndlər 1992-ci ildə Ermənistan tərəfindən işğal olunub və Suriya və Livandan olan çox sayda erməni buraya yerləşdirilib.

    Ötən illərdə Azərbaycan daim Ermənistanın başqa dövlətlərin vətəndaşlarını Laçın və Qarabağın digər bölgələrində məskunlaşdırmaq siyasətinə etiraz edib və İrəvanın bu addımını Cenevrə Konvensiyasının pozulması kimi qiymətləndirir”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR