AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda ötən ay kənd təsərrüfatı sahələrindən bol məhsul yığılıb - STATİSTİKA

  • + A
  • - A
  • 6-09-2022, 17:32

    Masallıda ötən ay kənd təsərrüfatı sahələrindən bol məhsul yığılıb - STATİSTİKA



    Azadmedia.az - Masallı Rayon Statistika İdarəsindən verilən məlumatda bildirilir ki, Masallı rayonunda 01 sentyabr 2022-ci il tarixinə 3929,4 hektar sahədən 73220,2 ton məhsul yığılmışdır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1498,2 ton və ya 2,1 faiz çoxdur.

    Daha çox məhsul kartof, xiyar, pomidor, sarımsaq, soğan, badımcan, bibər, yemiş sahələrindən yığılmışdır.

    Kartof üzrə 900,0 hektar sahədən 15695,2 ton məhsul yığılmış bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 164,0 ton çoxdur.

    Pomidor üzrə 524,5 hektar sahədən 16042,3 ton məhsul yığılmış bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 215,3 ton çoxdur.

    Xiyar üzrə 333,0 hektar sahədən 9971,0 ton məhsul yığılmış bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 251,0 ton çoxdur.

    Badımcan üzrə 535,0 hektar sahədən 14496,7 ton məhsul yığılmış bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 535,5 ton çoxdur.

    01 sentyabr 2022-ci il tarixinə rayon üzrə 3817,0 hektar təmiz herik şumunu da daxil etməklə cari ilin payızlıq əkinləri üçün şum qaldırılmışdır. Buda ötən ilin müvafiq dövrü ilə müqayisədə 617 hektar və ya 19,3 faiz çoxdur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR