Masallı rayon İcra Hakimiyyətinin Başçısı, Millət vəkilləri Hüseynhacılı kəndində yanğın olan evə baxış keçiriblər - FOTOLAR
Azadmedia.az - Masallı rayon İcra Hakimiyyətinin Başçısı cənab Araz Əhmədov, Millət vəkilləri - Məşhur Məmmədov, Anar İsgəndərov və digər rəsmi şəxslər Hüseynhacılı kəndində baş vermiş yanğın olan evə baxış keçiriblər. Faciəvi şəkildə dünyasını dəyişmiş ana və iki azyaşlı övladının qohumları ilə görüşüblər. Hadisədən kədərləndiklərini bildirib və onlara başsağlığı veriblər. Yanmış evin bərpası ilə bağlı tapşırıqlar verilib.
Qeyd edək ki, baş verən yanğın zamanı ana və ikisi azyaşlı ovladı yanaraq həyatını itiriblər.
Yanğın 1951 - ci il təvəllüdlü Kəlbiyev Alim İbad oğluna məxsus, sahəsi 300 kvadratmetr olan evdə baş verib.
Yanğın 2 mərtəbəli evin 1 ci mərtəbəsindən başlayıb.
Nəticədə ana 1984-cü il təvəllüdlü Kəlbiyeva Gülnaz və övladları - 2012 ci il təvəllüdlü Kəlbizadə Elbrus Elmar oğlu və 2011 ci il təvəllüdlü Kəlbizadə Elgiz Elmar oğlu yanaraq həyatını itiriblər.
Allah rəhmət eləsin.
www.AzadMedia.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR