AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda ali məktəblərə qəbul olmuş tələbələrlə görüş keçirilib - FOTOLAR

  • + A
  • - A
  • 7-09-2022, 23:23

    Masallıda ali məktəblərə qəbul olmuş tələbələrlə görüş keçirilib - FOTOLAR



    Masallıda ali məktəblərə qəbul olmuş tələbələrlə görüş
    keçirilib.
    Azadmedia.az - 07 sentyabr 2022-ci il tarixdə Masallı şəhər Heydər Əliyev Mərkəzində yüksək balla ali təhsil müəssisələrinə qəbul olmuş tələbələrlə görüş keçirilib.

    Tədbirdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov tələbə adını qazanan gəncləri təbrik etmiş, onlara təhsildə və gələcək müstəqil həyatda uğurlar arzulamış, yüksək bilikli mütəxəssis kimi yetişməyi və Vətənə ləyaqətlə, əsl vətəndaş kimi xidmət göstərməyi tövsiyə etmişdir. Ölkəmizdə təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən söz açan icra başçısı bildirmişdir ki, Ulu Öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə təhsilə və onun inkişafına böyük diqqət yetirmişdir. Ulu Öndər həmişə söyləyirdi ki, təhsil millətin gələcəyidir. Azərbaycan Prezidenti cənab İlham Əliyev də bu ənənələrə sadiq qalaraq təhsilin inkişafını həmişə diqqətdə saxlayır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirir.




    İcra başçısı qeyd edib ki, qazanılan uğurlar ali məktəblərə qəbulda yüksək bal toplayan Masalı tələbələrinin sayının artmasında göstərir.
    Qeyd edək ki, 2021-2022-ci tədris ilində məktəbi bitirənlərin sayı 1629 nəfər olmuşdur. Onlardan 616 nəfər ali məktəblərə qəbul imtahanında iştirak etmişdir. Onlardan 344-ü oğlan, 272-i qızdır. 19 nəfər şagird ali məktəblərə qəbul imtahanlarında 600 baldan yuxarı, 77 nəfər şagird 500-600 bal arası nəticə göstərmişdir.
    Milli Məclisin deputatları Məşhur Məmmədov, Anar İsgəndərov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin İnzibati təşkilat sektorunun müdiri Rəhim Rəhimov, Sığıncaq kənd Məhəmməd Qarayev adına tam orta məktəbin onuncu sinif şagirdi, coğrafiya fənni üzrə üçqat Olimpiya çempionu Rövnəq Cəfərov və başqaları çıxış edərək tələbə adını qazanan, bu sevinci yaşayan hər kəsi və valideynlərini, müəllimlərini təbrik etdilər.
    Tələbə adını qazanan — 663,6 bal toplamış, Türkoba kənd Səməd Vurğun adına tam orta məktəbin məzunu Elnar Babayev, 660 bal toplamış, Həsənli kənd tam orta məktəbin məzunu Nurtac Məmmədzadə, 618 bal toplamış, Sığdaş kənd tam orta məktəbin məzunu Gülsabah Əbilova və başqaları çıxış edərək müasir təhsilin nailiyyətlərinə görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci Vitse Prezident Mehriban xanım Əliyevaya minnətdarlıq bildirdilər.
    Görüşdə təhsildə fərqlənmiş, qəbul imtahanlarında 600 baldan yüxarı nəticələr əldə edərək ali məktəblərə qəbul olunmuş məzunlar mükafatlandırılıb.
    Tədbirin yekununda 500 və ondan yuxarı bal toplayan tələbələrə Masallı Rayon İcra Hakimiyyəti Başçısının, Milli Məclis deputatlarının, ATİAHİ Masallı rayon komitəsinin hədiyyələri təqdim olunmuşdur.
    Sonda tədbir iştirakçıları Masallı şəhər Heydər Əliyev Mərkəzinin qarşısında xatirə şəkli çəkdirdilər.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR