Masallıda “Azərbaycan qadınları tariximizə böyük töhfələr verib” mövzusunda tədbir baş tutub.
Azadmedia.az-ın cənub bürosu xəbər verir ki, 20 sentyabr 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı aparatında “Azərbaycan qadınları tariximizə böyük töhfələr verib” mövzusunda fəal qadınlarla tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açıq elan edib, Ulu öndər Heydər Əliyevin, eləcə də Vətən müharibəsində Şəhid olanların əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Seyfəddin Əliyev bildirib ki, yaşadığı tarixi dövrdən, onun sosial-iqtisadi vəziyyətindən, coğrafi məkandan, irqindən, dilindən, dinindən asılı olmayaraq qadın bəşəriyyətin inkişafının bütün mərhələlərində özünəməxsus aparıcı qüvvə olub. Cəmiyyətin inkişafının bütün mərhələlərində qadınlar kişilərlə bərabər dövlət quruculuğunda, siyasi qərarların verilməsində fəal iştirak ediblər. Azərbaycan qadını öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyəti ilə hər zaman xalqımızın adını uca tutub. Dünya mədəniyyəti xəzinəsinə nadir incilər bəxş etmiş xalqımızın mənəvi dəyərlərinin formalaşmasında və inkişafında da qadınlarımızın böyük rolu olub. Eyni zamanda, Azərbaycan qadınları tariximizin bütün dövrlərində xalqımızın taleyüklü məsələlərinin həll edilməsinə öz sanballı töhfələrini verib. Onların bir çoxunun adları çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb.
Tədbirdə şəhər 2 saylı məktəb ərazi partiya təşkilatının sədri Mehriban Əzizova, Həsənli uşaq bağçasının müdiri Nazilə Hüseynova, Dəmirçi kənd ümumi orta məktəbinin direktoru Aytən Şükürova və başqaları çıxış edərək bildiriblər. Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin bütün dövrlərində qadınlara göstərilən diqqət və qayğının artdığının şahidi olmuşuq. Onların sözlərinə görə, Ulu Öndərimizin müəyyənləşdirdiyi bu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Ülkər Piriyeva