AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda 44 günlük Vətən müharibəsinin 2-ci ildönümü ilə bağlı “Şanlı Tariximiz” adlı tədbir keçirilib - FOTOLAR

  • + A
  • - A
  • 20-09-2022, 23:12


    Masallıda 44 günlük Vətən müharibəsinin 2-ci ildönümü ilə bağlı “Şanlı Tariximiz” adlı tədbir keçirilib - FOTOLAR

    Azadmedia.az xəbər verir ki, Sentyabrın 20-də Yeni Azərbaycan Partiyası Masallı rayon Təşkilatı, Masallı rayon Heydər Əliyev Mərkəzi Ərazi Partiya Təşkilatı ilə birgə 44 günlük Vətən müharibəsinin 2-ci ildönümü ilə bağlı “Şanlı Tariximiz” adlı tədbir keçirib.

    Belə ki, tədbirdə YAP Masallı rayon Təşkilatının nümayəndəsi Eldar Kazımov, Şəhid ailələri, müharibə veteranları, qazilər, mədəniyyət işçiləri və GİKM-in Masallı nümayəndəliyinə üzv olan gənclər iştirak ediblər.

    Əvvəlcə Ulu öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

    Mərkəzin direktoru Dilbər İbayeva tədbiri giriş sözü ilə açaraq şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyib. D. İbayeva Azərbaycan Prezidenti İlham Əliyevin və rəşadətli əsgərlərimizin qətiyyəti sayəsində torpaqlarımızın düşmən işğalından azad edilməsinin ölkəmizin həyatında yeni mərhələnin və inkişaf dövrünün əsasını qoyduğunu diqqətə çatdırıb.

    Sonra çıxış edən YAP Masallı rayon Təşkilatının məsləhətçisi Eldar Kazımov Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı tarix yazan oğullarımızın, şəhidlərimizin, qazilərimizin döyüş yolundan söz açaraq onların hər birinin bir qəhrəman olduğunu və bu gün hər kəsin onlarla fəxr etdiyini, qürur duyduğunu qeyd edib. E. Kazımov bildirib ki, sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistanın Azərbaycanla sərhəddə – Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy və Zəngilanda törətdiyi qanlı təxribat əməllərinə Silahlı Qüvvələrimiz tərəfindən anındaca və yerindəcə cavab verildi. O qeyd edib ki, təxribatların qarşısını alarkən şəhidlər versək də, onların qanı yerdə qalmadı və heç zaman qalmayacaq.

    Daha sonra məruzə ilə çıxış edən Heydər Əliyev Mərkəzinin əməkdaşı Gülcahan Vəkilzadə tədbir iştirakçılarına Zəfər tariximizdən, torpaqlarımızın düşmən təcavüzündən azad edilməsində misilsiz qəhrəmanlıq göstərən Vətən müharibəsi şəhidi və qazilərinin göstərdikləri şücaət və fədakarlıqdan söhbət açıb.

    Tədbirin yekununda Masallı rayonu Ağakişibəyli kəndindən olan Şəhid Nurlan Əbilovun azyaşlı övladı Amin Əbilov “Ata” şeirini səsləndirib.











    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR