Masallı rayonu Çaxırlı kəndində doğulmuş Vətən müharibəsi şəhidi Ağayev Ağamalı Şamil oğlunun mövludu günüdür.
Azadmedia.az-ın cənub bürosu xəbər verir ki, Şəhidin mövludu günü münasibəti ilə Masallı şəhər millət vəkili Məşhur Məmmədovun köməkçiləri Əli Nağıyev, Hekayət Nəzərov, Rəmzi Şahverdiyev və "Masallı Təhsil Fondu"nun direktoru Hüseyn Hüseynov Şəhid Ağamalı Ağayevin məzarını ziyarət edib, ruhuna dualar oxuyub, məzarı üstünə gül dəstələri qoyublar.
Eyni zamanda, millət vəkilinin köməkçiləri və təhsil fondunun direktoru Şəhidin evində ailəsi ilə görüşüb millət vəkili M. Məmmədov adına başsağlığı verib, onlara səbr diləyiblər. Həmçinin diqqətə çatdırıblar ki, Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatları nəticəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş hərbçilərimizin əziz xatirələrinin hər zaman xalqımızın qəhrəmanlıq tarixində əbədi yaşayacaq.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!