"Krım körpüsündə törədilən terror aktının təşkilatçısı Ukraynanın hərbi kəşfiyyatının rəhbəri Kirill Budanovdur".
Azadmedia.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bildirilir ki, Krım körpüsündə terror aktının hazırlanmasında iştirak edən 12 nəfər müəyyən edilib, 8-i saxlanılıb.
"Hazırda cinayət işi çərçivəsində terrorun hazırlanmasında iştirak etmiş beş Rusiya, iki Ukrayna və Ermənistan vətəndaşı saxlanılıb. Ukrayna vətəndaşları 1975-ci il təvəllüdlü Tsyurkalo Mixail Vladimiroviç, 1979-cu il təvəllüdlü Kovaç Denis Oleqoviç və Ermənistan vətəndaşı 1985-ci il təvəllüdlü Artur Terçanyana qarşı cinayət işi açılıb", - deyə məlumatda bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.