Hər bir xalqın taleyində əhəmiyyət kəsb edən günlər vardır. Belə mühüm və əhəmiyyətli günlərdən olan 15 oktyabr 2003-cü il tarixi Azərbaycan xalqının həyatında dönüş yaradan bir gündür.
Həmin gün, yəni 2003-cü il 15 oktyabr Ulu Öndər Heydər Əliyev kursunun layiqli davamçısı olan Yeni Azərbaycan partiyasının sədri, Cənab İlham Əliyev Azərbaycan xalqının böyük etimadını qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu seçim dəqiq və vaxtında edilmiş bir seçim idi. Xalqımız İlham Əliyevə etimad göstərib ona səs verməklə Heydər Əliyev siyasi məktəbini davam etdirmiş oldu. Bu seçim sübut etdi ki, xalq sülhün,əminamanlığın , tərəqqinin,inkişafın,sabitliyin tərəfindədir.
Cənab İlham Əliyevin YAP-ın I qurultayında (20-21 dekabr 1999-cu il) partiyanın sədr müavini, II qurultayında (21 noyabr 2001-ci il) partiya sədrinin birinci müavini, III qurultayında (26 mart 2005-ci il) isə partiyanın sədri seçilməsi təşkilatın həyatında böyük tarixi hadisə oldu. 2003-cü, 2008-ci, 2013-cü və 2018-ci illərdə keçirilmiş prezident seçkilərində cənab İlham Əliyevin YAP-ın namizədi kimi qələbə qazanması partiyanın nüfuzunu daha da artırdı və onun sosial bazasını möhkəmləndirdi. Prezident İlham Əliyevin uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın əldə etdiyi uğurlar YAP-ın siyasi sistemdə, beynəlxalq partiyalararası münasibətlərdə mövqeyini daha da gücləndirdi.
Zəngin və qüdrətli Azərbaycan uğrunda çağırışı ilə milyonları öz ətrafında toplayan İlham Əliyevin yürütdüyü siyasət nəticəsində tezliklə Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğu prosesi uğurla həyata keçirilməyə başladı.
Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin fəaliyyəti, əslində, müasir Azərbaycanın inkişafına, tərəqqisinə yönələn fəaliyyətinin konsepsiyasına çevirildi. Azərbaycanda bütün istiqamətlərdə böyük inkişafın müşahidə edilməsi ölkəmizin bölgədə, o cümlədən dünyada mövqelərinin gücləndirilməsi artıq özünü göstərirdi.
Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərini və dostlarının sayını artırdı. Azərbaycan beynəlxalq müstəvidə yerini möhkəmləndirdi. Cənab Prezidentin yürütdüyü siyasət nəticəsində dünyada beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı.
Azərbaycan da ordu quruculuğunda həyata keçirilən tədbirlər, silahlı qüvvələrin hərbi hazırlıq səviyyəsinin artırılması ilə bağlı görülən işlər Dağlıq Qarabağın Azərbaycandan qoparılması ilə bağlı bəzi dairələrdə yaranan əminliyi darmadağın etdi. Azərbaycanın həm də iqtisadi uğurlarını da artırdı, güclü sahibkarlıq sinfi yarandı. Ölkədə qeyri-neft sektorunun inkişafı neft siyasətinin məntiqi davamı oldu
Azərbaycançılıq fəlsəfəsi İlham Əliyevin siyasətinin mənəvi dayağına cevirildi. Onun yürytdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət etdi. Özünün dediyi kimi hər bir azərbaycanlının prezidenti oldu.
Ölkəmizə rəhbərlik etdiyi illər ərzində gərgin əməyi sayəsində Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu. Xalqımızı dünyaya döyüşkən, mübariz, müzəffər xalq kimi tanıtdı. Beləliklə,güclü xalq, güclü dövlət, güclü lider vəhdəti müstəqil və müasir Azərbaycanın qüdrətinə çevirildi. Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf konsepsiyası bütün azərbaycanlıların həyatına birdəfəlik daxil oldu.
Şəfa Allahverdiyeva,
YAP Masallı rayon təşkilatı,
“Viləş” körpələr evi, uşaq bağçası ərazi partiya təşkilatının sədri