AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda “Görünməyən qəhrəmanlar Dəniz pişikləri” filminin nümayişi baş tutub - FOTO

  • + A
  • - A
  • 18-10-2022, 18:56

    Masallıda “Görünməyən qəhrəmanlar Dəniz pişikləri” filminin nümayişi baş tutub - FOTO

    Masallıda “Görünməyən qəhrəmanlar Dəniz pişikləri” filminin nümayişi baş tutub.

    Azadmedia.az - 18 oktyabr 2022-ci il tarixində “Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinidə “Kinomaniya” layihəsi çərçivəsində Azərbaycan ordusunun 44 günlük Vətən Müharibəsi zamanı əldə etdiyi zəfər qələbəsindən bəhs edən “Görünməyən qəhrəmanlar Dəniz pişikləri”(İstehsalçı ölkə: Azərbaycan) filmi nümayiş edilmişdir.


    Layihədə “Masallı Gənclər Evi” SXM-nin direktoru Fuad Mənsimov və Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov çıxış edərək “Kinomaniya” layihəsi haqqında gənclərə ətraflı şəkildə məlumat verib, layihənin sonunda təşkil olunacaq yarışda iştirak edən gənclərə uğurlar arzulayıblar. Qeyd edək ki, 14 oktyabr tarixindən gənclər evlərində “Kinomaniya” layihəsi çərçivəsində bir-birindən maraqlı, fərqli janrlarda filmlərin nümayişinə başlanılıb, bu layihə çərçivəsində təkcə filmləri izləməklə qalmayacaq eyni zamanda hər ay filmlərlə bağlı əyləncəli bir yarışmanın iştirakçısı olaraq hədiyyələr qazanmaq imkanı əldə edəcəksiniz.

    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR