AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda rayon rəhbəri şəhid anasını evində ziyarət edib - FOTO

  • + A
  • - A
  • 19-10-2022, 23:29

    Masallıda rayon rəhbəri şəhid anasını evində ziyarət edib - FOTO

    Masallıda rayon rəhbəri şəhid anasını evində ziyarət edib.

    Azadmedia.az - 19 oktyabr 2022-ci il tarixdə Birinci Qarabağ müharibəsinin şəhid əsgəri Həsənov Nicat Xıdır oğlunun anası Həsənova Firuzə Firudin qızı Göyəçöl kəndində, yaşadığı evdə ziyarət edilib.

    Belə ki, görüşdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov və aparatı, hüquq-mühafizə orqanları, müəssisə və təşkilat rəhbərləri, YAP Masallı Rayon Təşkilatının fəalları, kənd sakinləri və jurnalistlər iştirak ediblər.

    Rayon rəhbəri şəhid anası Həsənova Firuzə Firudin qızını ziyarət zamanı 44 günlük Vətən müharibəsində qazanılan Qələbədən, tarix yazan şanlı Ordumuzdan, şəhid ailələrinə və qazilərə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan söhbət açıb.

    Sonra Araz Əhmədov şəhid anasının qayğıları ilə maraqlanıb.

    İcra başçısı lazımi məişət ehtiyacı olan məsələləri elə həmin gün yerinə yetirməyi tapşırıb.

    Eyni zamanda rayon rəhbəri şəhid anasının Mərkəzi Xəstəxanaya aparılması, müayinə və müalicə olunmasından ötrü Masallı rayon Mərkəzi Xəstəxanasının Baş həkiminə tapşırıqlarını verib.

    I Qarabağ şəhidi Həsənov Nicat Xıdır oğlunun anası hər zaman onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və Masallı rayonunun icra başçısına dərin minnətdarlığını qeyd edib.



    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR