Masallı RİH başçısı Tüklə kəndində Birinci Qarabağ müharibəsi şəhidinin ailəsini ziyarət edib
Azadmedia.az-ın cənub bürosu xəbər verir ki, 19 oktyabr 2022-ci il tarixdə Tüklə kəndidə Birinci Qarabağ Müharibəsinin şəhidi Zəfər Xəlilovun ailəsi ziyarət edilib.
Belə ki, görüşdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov və aparatı, hüquq-mühafizə orqanlarının rəhbərləri, Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının fəalları, kənd sakinləri, jurnalistlər iştirak ediblər.
Əvvəlcə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Birinci Qarabağ müharibəsinin şəhidi Zəfər Xəlilovun ailəsinin yaşayış şəraiti ilə yerində tanış olmuş, atası Asif Xəlilov evin vəziyyəti barədə rayon rəhbərinə məlumat verib.
Sonra ailənin yaşadığı ikimərtəbəli evə otaqlara baxış keçirilib.
Məlum olmuşdur ki, ev qəzalı vəziyyətdə olmaqla otaqlar yaşayış üçün uyğun deyildir. Məhz buna görə Masallının icra başçısı şəhid ailəsi üzvlərinin həmin evdə yaşamasını mümkünsüz hesab etmiş, müvəqqəti olaraq ailə üzvlərini yaxın qohumlarının yanında məskunlaşmasını tövsiyə edib.
Eyni zamanda rayon rəhbəri məsələ ilə bağlı evin təmir işləri ilə əlaqədar tapşırıqlarını verib.
Ülkər Piriyeva