Azadmedia.az-ın cənub bürosuna Masallı Rayon Statistika İdarəsindən verilən məlumatda bildirilir ki, 2022-ci ilin yanvar-sentyabr aylarında Masallı rayonunun iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 88383,7 min manat vəsait yönəldilmişdir.
Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 69,0 faiz çoxdur. İstifadə olunmuş vəsaitlərin 83,7 faizi yaşayış evlərinin tikintisinə sərf olunmuşdur.
Fəaliyyət göstərən tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş işlərin həcmi 3758,8 min manat təşkil etmişdir. (Ondan 4,4 faizi tikinti yenidənqurma, 52,2 faizi əsaslı təmir, 36,4 faizi cari təmir, 7,0 faizi sair işlərdir)
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.