AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı RİH-nin başçısının iştirakı ilə Şəhid Əli Nəcəfovun anım mərasimi keçirilib - FOTO

  • + A
  • - A
  • 23-10-2022, 18:31

    Masallı RİH-nin başçısının iştirakı ilə Şəhid Əli Nəcəfovun anım mərasimi keçirilib - FOTO


    Azadmedia.az - 22 oktyabr 2022-ci il tarixdə Masallı rayonunun Tüklə kəndində Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, 44 günlük Vətən müharibəsinin şəhidi Əli Seyran oğlu Nəcəfovun anım mərasimi keçirilib.

    Belə ki, anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov və aparatı, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Masallı Rayon Təşkilatının fəalları, ağsaqqallar, qazilər, din xadimləri, şəhid ailələri, kənd sakinləri və jurnalistlər iştirak ediblər.

    Azərbaycan Silahlı Qüvvələrinin şəhid əsgəri Əli Seyran oğlu Nəcəfovun ailəsini ziyarət edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və qonaqlar ailənin qayğıları ilə maraqlanmış və hər zaman onların yanında olduqlarını bildiriblər.

    Vətən müharibəsi şəhidi Əli Seyran oğlu Nəcəfovun ailəsi onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə və qonaqlara minnətdarlığını ifadə ediblər.






    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR