Masallıda iqtisadiyyatın ayrı-ayrı sahələrində işləyənlərin sayı və orta aylıq əmək haqqı açıqlanıb.
Azadmedia.az-ın cənub bürosuna Masallı Rayon Statistika İdarəsindən verilən məlumatda bildirilir ki, Məşğul əhalinin tərkib hissəsi olan muzdla çalışan işçilərin sayı 2022-ci ilin yanvar-sentyabr aylarında 15119 nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 8144 nəfər (53,9 faiz), qeyri-dövlət sektorunda isə 6975 nəfər (46,1 faiz) təşkil etmişdir.
2022-ci ilin yanvar-sentyabr aylarında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 523,2 manat, həmçinin dövlət sektorunda 636,40 manat, qeyri-dövlət sektorunda 389,90 manat təşkil etmiş, 2021-ci ilin müvafiq dövrünə nisbətən rayon üzrə 22,9 faiz, dövlət sektoru üzrə 31,8 faiz, qeyri-dövlət sektoru üzrə 7,6 faiz artmışdır.
İqtisadiyyatın ayrı-ayrı sahələrində işləyənlərin orta aylıq əməkhaqqı emal bölməsində 387,7 manat, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatında 680,2 manat, maliyyə və sığortada 1428,5 manat, dövlət idarəetməsi və müdafiə; sosial təminatda 786,2 manat, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində 649,2 manat təşkil etmişdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.