AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Əməkdar artist Şuşadakı evini teatra bağışladı

  • + A
  • - A
  • 26-10-2022, 14:05

    Əməkdar artist Şuşadakı evini teatra bağışladı


    Əməkdar artist Yadigar Muradov Şuşadakı evini Şuşa Dövlət Musiqili Dram Teatrına bağışlayıb.

    Aktyor bu haqda "7 Canlı" proqramında danışıb.

    Onun sözlərinə görə evi dağıdılmayıb, olduğu kimi durur:

    "Hazırda evimdə 35 nəfər yaşayır. Onlar Şuşada bərpa işləri görənlərdir. Orada 1 il 8 ay yaşamışdım. Böyük bir evim var idi. Ermənilər də orada hərbi işlər üçün istifadə edirdilər. Bizim teatrımız yoxdur, dağıdılıb. Biz ömürboyu ikiotaqlı, balaca yerdə məşq etmişik. Evimin birinci mərtəbəsində teatrda çalışan və orada evi olmayanlar yaşaya bilər. Bunun üçün hər bir şərait var. Yuxarıda isə tamaşa oynamaq üçün yerim var".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR