Ermənistanın baş naziri Nikol Paşinyan, Rusiya prezidenti Vladimir Putin və Azərbaycan İlham Əliyevlə görüşəcəyini açıqlayıb.
Türkiyə mediası yazır ki, Paşinyan Ermənistan parlamentindəki çıxışında oktyabrın 31-də Rusiyanın Soçi şəhərində Putin və Əliyevlə üçtərəfli görüş keçirəcəklərini bəyan edib.
İlin sonuna qədər Azərbaycanla sülh sazişi imzalamağa ümid etdiyini ifadə edən Paşinyan qeyd edib ki, saziş imzalanana qədər Ermənistan və Azərbaycan arasında sərhədlərin müəyyənləşdirilməsi prosesini yekunlaşdırmaq üçün çalışırlar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.