ŞƏRQŞÜNAS ALİM GÜLƏR QAFQAZLI MOSKVADA KEÇİRİLƏN BEYNƏLXALQ KONFRANSDA MƏRUZƏ EDİB - FOTO
ŞƏRQŞÜNAS ALİMİMİZ MOSKVADA KEÇİRİLƏN BEYNƏLXALQ KONFRANSDA MƏRUZƏ EDİB
Bakı şəhəri, 27 oktyabr 2022-ci il
Azadmedia.az - AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Gülər Qafqazlı Rusiya Federasiyasının paytaxtı Moskvada keçirilən “Qlobal münaqişələr və dünya müharibələri: tarix və müasirlik” adlı kofransda iştirak edib. Şərqşünas alim konfransda “Yaxın Şərqin problemləri və beynəlxalq təşkilatların ikili standartları” mövzusunda məruzə edib.
Məruzədə bildirilib ki, Yaxın Şərqdə yerləşən bir çox ərəb ölkələri, eləcə də Türkiyə Respublikası da Aralıq dənizi üzərində öz nəzarətini qoruyub saxlamağa davam edir. Bəzən Yaxın Şərqdə baş verən hadisələr səbəbindən bəzi ərəb ölkələri öz mövqeyini dəyişir. Bəzi hallarda isə Ərəb liqası öhdəliyinə götürdüyü məsələləri kifayət qədər həll edə bilmir. Məruzəçi bu kimi şəraitin yarandığı halda bir sıra ölkələrin ikili standartlardan istifadə etməsindən bəhs edib.
Vüqar Məmmədov,
AMEA Şərqşünaslıq İnstitutunun
ictimaiyyətlə əlaqələr üzrə məsul əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru
www.AzadMedia.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR