Rusiya Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması ideyasını dəstəkləyir, Moskva isə İrəvana heç nəyi sırımaq fikrində deyil, həll yolunu seçmək isə erməni xalqının və rəhbərliyinin işidir. Azadmedia.az xəbər verir ki, bunu cümə axşamı Rusiya prezidenti Vladimir Putin “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar iclasında deyib.
“Bizim mövqeyimiz ondan ibarətdir ki, bu sülh müqaviləsi lazımdır və biz sərhədin delimitasiyası və sərhəd məsələsinin tam həlli olunmasının sülh yolu ilə nizamlanmanın tərəfdarıyıq. Sual hansı variantı seçməkdir? Bu, Ermənistanın, erməni xalqının və Ermənistan rəhbərliyinin işidir”, - Rusiya dövlətinin başçısı bildirib.
“Əlbəttə, qərar Yerevanın öhdəsindədir, lakin sülh müqaviləsinin “Vaşinqton versiyası” mənim anladığım kimi, Azərbaycanın Qarabağ üzərində suverenliyinin tanınmasını nəzərdə tutur.
Əgər Ermənistan rəhbərliyi Qarabağla bağlı əksini hesab edirsə, bunları müzakirə etmək lazımdır, bu da mümkündür. Biz Azərbaycanla danışıqlar aparmalıyıq. Bu çətin görünə bilər. Lakin Ermənistan bizim strateji tərəfdaşımız və müttəfiqimizdir və biz, əlbəttə ki, Azərbaycanın maraqlarını nəzərə alaraq, Ermənistanın özünün nə təklif edəcəyinə böyük ölçüdə diqqət yetirəcəyik”, - Putin vurğulayıb.
“Hər halda, hansı variant seçilirsə, sülhə gətirib çıxarırsa, hamımız bunun tərəfdarıyıq. Amma biz heç nəyi məcbur etmək fikrində deyilik. Biz Ermənistana heç nə diktə edə bilmərik və etməyəcəyik”, - deyə Putin əmin edib.
Yerevan today-dan tərcümə etdi:Elnurə Abuşova
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.