Oktyabrın 27-də Özbəkistanın Səmərqənd şəhərində Müstəqil Dövlətlər Birliyinə üzv olan dövlətlərin Parlamentlərarası Assambleyası Şurasının iclası keçirilib. Milli Məclisin sədri Sahibə Qafarova iclasda iştirak edib.
Tədbirdə ötən dövr ərzində Assambleya çərçivəsində görülmüş işlər, həyata keçirilmiş tədbirlər, həmçinin təşkilatın gələcək fəaliyyət planı müzakirə olunmuş və digər təşkilati məsələlər nəzərdən keçirilmişdir. Azərbaycan parlamentinin spikeri müzakirə olunan mövzular haqqında öz fikirlərini bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.